...

Bakıda İstedadlı və Yaradıcı Gənclərin II Respublika Toplantısı keçiriləcək

Cəmiyyət Materials 7 Noyabr 2012 11:38 (UTC +04:00)
Bu il noyabrın 26-30-da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda İstedadlı və Yaradıcı Gənclərin II Respublika Toplantısı keçiriləcək.
Bakıda İstedadlı və Yaradıcı Gənclərin II Respublika Toplantısı keçiriləcək

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il noyabrın 26-30-da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda İstedadlı və Yaradıcı Gənclərin II Respublika Toplantısı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, toplantı yaradıcı gənclərin problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi məqsədi ilə keçirilir.

İlk dəfə 2007-ci ildə keçirilmiş toplantı yaradıcı gənclər üçün onların problemlərinin müzakirəsi, müxtəlif təkliflər ilə çıxış etmək və qərar qəbuletmə prosesində iştirak üçün platforma rolunu oynayıb. Bu platformanın davamı olan II Respublika Toplantısının ilk toplantıdan fərqli olaraq, tamamilə yeni formatda keçirilməsi nəzərdə tutulub.

Tədbirin proqramına əsasən, toplantı çərçivəsində plenar iclaslar, yerli və dünyaşöhrətli sənətkarların iştirakı ilə master-klasslar, müxtəlif yaradıcılıq istiqamətləri üzrə festival, müsabiqə, sərgi, moda nümayişi, konsert proqramları təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti