...

"Çudo Peçka" "Uşaq evlərində doğum günü" layihəsinə başlayıb (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2012 15:17 (UTC +04:00)
Valideyin qayğısından məhrum olmuş uşaq nələr arzulaya bilər? Bəs biz onların arzularını reallaşdırmaq üçün nələr edə bilərik?
"Çudo Peçka" "Uşaq evlərində doğum günü" layihəsinə başlayıb (FOTO)

Азербайджан, Баку, 8 ноября / Trend/

Valideyin qayğısından məhrum olmuş uşaq nələr arzulaya bilər? Bəs biz onların arzularını reallaşdırmaq üçün nələr edə bilərik? Bu suala cavab vermək çətindir, axı, o arzular çox müxtəlifdir. Ancaq uşaqların ümumi istəkləri də var. Onlardan biri şirniyyatdır. Şirniyyata olan sevgi insanda uşaq vaxtından yaranır və ömür boyu onu tərk etmir. Şirniyyat yemək üçün isə bəzən səbəblər və bəhanələr axtarılır. Ən çox şirniyyat isə doğum günlərində yeyilir...

"Çudo Peçka" "Uşaq evlərində doğum günü" adlı layihəyə başlayıb. Şirkət bundan sonra hər ay bir neçə uşaq evi və internatda uşaqlar üçün şənlik keçirəcək. Eyni ayda doğulan uşaqlar üçün həmin ayın sonunda ümumi ad günü yığıncağı təşkil edəcək.

İlk belə tədbir Abşeron rayonu Saray qəsəbəsi 7 saylı uşaq internat evində keçilirib. Oktyabrda ad günü olan 6 uşaq üçün şirniyyat süfrəsi açılıb. Doğum günü olan uşaqların adına xüsusi tort hazırlanıb. İnternatda qalan 140-a yaxın uşaq isə səbəbkarların başına toplaşaraq onları təbrik ediblər və ad günlərini birlikdə qeyd ediblər. Uşaqlar "Çudo Peçka"nın klounları ilə rəqs edib, doyunca əyləniblər. İnternat evinin rəhbərliyi uşaqları sevindirdikləri, onlara fərqli bir gün yaşatdıqları üçün "Çudo Peçka" şirkətinə təşəkkür edib.

"Çudo Peçka" şirkəti "Uşaq evlərində doğum günü" layihəsini davamlı keçirəcəyini bildirib. Layihəyə görə, seçilmiş bir neçə kimsəsiz uşaqlar evi və internata hər ayın sonları baş çəkiləcək və oxşar tədbirlər təşkil ediləcək. Əsas məqsəd isə uşaqlara şirin anlar bəxş etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti