...

Əflatun Amaşov Kiyevdə beynəlxalq konfransda iştirak edəcək

Cəmiyyət Materials 14 Noyabr 2012 14:41 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Ukraynanın paytaxtı Kiyevdə Avropa Şurasının layihəsi əsasında medianın özünütənzimləməsinə həsr olunmuş beynəlxalq konfransa qatılacaq.
Əflatun Amaşov Kiyevdə beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Ukraynanın paytaxtı Kiyevdə Avropa Şurasının layihəsi əsasında medianın özünütənzimləməsinə həsr olunmuş beynəlxalq konfransa qatılacaq.

Şuradan Trend-ə verilən məlumata görə, noyabrın 16-da başlayacaq konfrans ayın 18-dək davam edəcək.

MDB və Avropanın bir sıra ölkələrindən olan media qurumları rəhbərlərinin iştirak edəcəkləri tədbirdə postsovet və postsosialist məkanında söz və ifadə azadlıqlarının vəziyyəti, KİV-lərin özünütənzimləməsi ilə bağlı meydana çıxan yeni tendensiyalar müzakirə ediləcək. Həmçinin, medianın Ukraynada keçirilmiş parlament seçkisini işıqlandırmasına dair vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, beynəlxalq konfransda MŞ sədri Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti