...

Həcc ziyarətinə gedən zəvvarlara elektron kod veriləcək

Cəmiyyət Materials 15 Noyabr 2012 15:58 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Müqəddəs Payızov Trend-ə bildirib ki, zəvvarlara elektron kod veriləcək. Bu kod altında həmin şəxsə aid məlumatlar toplanacaq.
Həcc ziyarətinə gedən zəvvarlara elektron kod veriləcək

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gələcəkdə Həcc ziyarətinə gedən zəvvarlara elektron kod veriləcək.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Müqəddəs Payızov Trend-ə bildirib ki, zəvvarlara elektron kod veriləcək. Bu kod altında həmin şəxsə aid məlumatlar toplanacaq.

Zəvvarlar ziyarət zamanı itərsə, azarsa, hansısa çətinliyə düşərsə, lazımi yerə müraciət edəcək və elektron kod vasitəsilə zəvvarın mənsub olduğu ölkə, qrup müəyyən olunacaq və onlara məlumat veriləcək.

Bu yeniliyin növbəti ziyarətlər zamanı tətbiqi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti