...

Misir Mərdanov ali məktəblərdə bəzi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəblərinə aydınlıq gətirib

Cəmiyyət Materials 17 Noyabr 2012 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov ali məktəblərin I kursunda təhsil alan tələbələrin və peşə məktəblərinə yeni qəbul olunmuş şagirdlərin təqaüdlərinin gecikdirilməsi məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Misir Mərdanov şənbə günü jurnalistlərə deyib ki, təqaüdlər üçün büdcədən maliyyə vəsaiti ayrılıb və bununla bağlı heç bir problem yoxdur. Təqaüdlər tələbə və şagirdlərə veriləcək.

"Görünür ki, idarəetmədə müəyyən problemlər var. Təqaüdlər bütün səviyyələr üzrə təhsil alan tələbələrə çatmalıdır", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti