...

Azərbaycan dilində danışıq nitqinin mətn şəklinə çevrilməsi sistemi tətbiq ediləcək

Cəmiyyət Materials 20 Noyabr 2012 10:30 (UTC +04:00)
"Dilmanc" proqram təminatçısı Azərbaycan dilində danışıq nitqinin mətn şəklinə çevrilməsi sistemini təqdim edəcək. Bu barədə bazar ertəsi Trend-ə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev bildirib
Azərbaycan dilində danışıq nitqinin mətn şəklinə çevrilməsi sistemi tətbiq ediləcək

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir H.Vəliyev/

"Dilmanc" proqram təminatçısı Azərbaycan dilində danışıq nitqinin mətn şəklinə çevrilməsi sistemini təqdim edəcək. Bu barədə bazar ertəsi Trend-ə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev bildirib.

Onun sözlərinə görə, "Dilmanc Imla"nın ilk versiyası 2013-cü ilin yanvarında ümumi istifadə üçün hazır olacaq.

Sistemin dil filtri tələffüzün özəlliyinə köklənir ki, bu da danışıq nitqini "Windows" mühitində mətn şəkllinə istənilən redaktədə çevirməyə imkan verir.

Sistem mətni mikrofon vasitəsilə daxil etmək üçün rahatdır, elektron formada iri cümələlərin köçürülmə sürəti isə bir neçə saniyə təşkil edir.

"Dilmanc Imla" sisteminin funksiyası Azərbaycan dilində söz və söz birləşmələrini 90 faizdən artıq dəqiqliklə müəyyən etməyə imkan verir. Keyfiyyətli aparatdan istifadə edərkən və yerləşdirmədə əlavə maneələr olmadığı zaman nəticə 100 faizə çata bilər", - Fətullayev qeyd edib.

"Dilmanc Imla" sistemi Azərbaycanın "Neyrotex" IT şirkəti ilə birgə hazırlanıb və kommersiya xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti