Azərbaycan, Bakı, 21 noyabr /Trend/
Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr olacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonu F.X. Xoyski küçəsindən keçən magistral su xəttində təmir işlərinin aparılması ilə əlaqədar noyabrın 21-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - C. Hacıbəyli, M.Qaşqay, X. Şuşinski, S. Rüstəm küçələrinə, eləcə də Vaqif prospektinə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.