...

Azərbaycanın təhsil naziri valideynlərə dəstək verdi

Cəmiyyət Materials 27 Noyabr 2012 11:42 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəblərdə valideynlərin övladlarının dərslərində iştirak etməsinə tərəfdar olduğunu bildirib.
Azərbaycanın təhsil naziri valideynlərə dəstək verdi

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəblərdə valideynlərin övladlarının dərslərində iştirak etməsinə tərəfdar olduğunu bildirib.

Trend-in məlumatına görə, Mərdanov çərşənbə axşamı jurnalistlərə deyib ki, valideynlərin dərslərdə iştirakına heç bir qadağa qoyula bilməz.

Onun fikrincə, əksinə, valideynlərin dərslərdə oturması ancaq məktəbin xeyrinə olar.

"Valideynlərin dərslərdə oturması bütün mənalarda bizim xeyrimizdədir. Ona görə hansı valideyn istəyirsə, dərslərdə iştirak edə bilər. Valideynin dərslərdə oturmasına şərait yarada bilməyən məktəb ola bilməz. Əksinə, məktəbin direktoru valideynin övladının dərsində oturmasında maraqlı olmalıdır", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti