Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Yaxın günlərdə orta məktəblərin II və VI siniflərinin dərsliklərinin yenidən hazırlanması üçün tender elan edilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Trend-ə deyib ki, hazırda Satınalmalar üzrə Dövlət Agentliyinin tenderin keçirilməsinə razılıq verməsi gözlənilir.
II sinif şagirdləri üçün ikinci dəfə, VI sinif şagirdləri üçün isə ilk dəfə kurikulumla dərslik hazırlanacaq.
Yeni dərsliklərdən 2013-2014-cü tədris ilində istifadə ediləcək.