...

"Zəfəran" apteklər şəbəkəsi 4 illiyini qeyd edir

Cəmiyyət Materials 4 Dekabr 2012 10:00 (UTC +04:00)
"Zəfəran" apteklər şəbəkəsi 2008-ci il dekabrın 4-də Bakıda Azadlıq prospekti, 105 ünvanında fəaliyyətə başlayıb. Hazırda 60 aptekin daxil olduğu "Zəfəran" aptek şəbəkəsi Azərbaycanın 25 şəhərində təqdim edilib. Ən yaxın bir neçə ildə şəbəkənin Azərbaycanın bütün şəhərlərində genişləndirilməsi planlaşdırır.
"Zəfəran" apteklər şəbəkəsi 4 illiyini qeyd edir

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

"Zəfəran" apteklər şəbəkəsi fəaliyyətinin 4 illiyini qeyd edir.

"Zəfəran" apteklər şəbəkəsi 2008-ci il dekabrın 4-də Bakıda Azadlıq prospekti, 105 ünvanında fəaliyyətə başlayıb. Hazırda 60 aptekin daxil olduğu "Zəfəran" apteklər şəbəkəsi Azərbaycanın 25 şəhərində təqdim edilib. Ən yaxın bir neçə ildə şəbəkənin Azərbaycanın bütün şəhərlərində genişləndirilməsi planlaşdırır.

Hər il alıcıların əksər hissəsi "Zəfəran" apteklərində alış-veriş etməyə üstünlük verirlər, çünki "Zəfəran" xəstəlik yaxınlaşanda insanların müraciət etdiyi apteklərin adi ənənəvi növü deyil. Bu, vicdanlı xidməti təmin edən seçimdir. İlk növbədə, siz aptekə daxil olduqda satıcı-əczaçının mehribanlığı və səriştəliliyi ilə qarşılaşırsınız. Həmçinin, interyer apteklərin populyarlığının ən vacib amili olmasa da, burada rahatlıq və komfort məsələsinə xüsusi diqqət ayrılıb.

Müxtəlif gəlir səviyyəli alıcıların geniş mühitinə istiqamətlənən apteklər şəbəkəsi aparıcı istehsalçıların 10 mindən artıq çeşidini təqdim edir. Aptekdə satılan bütün məhsullar sertifikatlaşdırılıb, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçib.

Anbar və apteklərin təchiz edildiyi müasir avadanlıq dərman vasitələrinin temperatur, işıq və rütubətliyin saxlanılması rejimi nəzərə alınmaqla düzgün saxlanılmasını təmin edir. Dərmanların saxlanılma müddətinin elektron bazasının mövcud olması tibbi preparatların saxlanılma müddətinə gündəlik nəzarəti həyata keçirməyə imkan verir. Şəbəkənin bütün aptekləri təchiz edilmiş xüsusi proqram sayəsində onlayn rejimlə şəbəkədə satış və resursları nəzarətdə saxlayır.

Bü gün cəsarətlə qeyd etmək lazımdır ki, "Zəfəran" apteklər şəbəkəsi yerli aptek sektorunun ən parlaq və müvəffəqiyyətli brendlərindən biridir.

Apteklər şəbəkəsi barədə www.zeferanaptek.az saytında və ya şirkətin sosial şəbəkəsindəki www.facebook.com/zeferanaptek rəsmi səhifəsində daha ətraflı məlumat almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti