...

Kürün deltasında aparılan tədqiqatın nəticələri açıqlanıb

Cəmiyyət Materials 4 Dekabr 2012 10:45 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Kür çayının deltasında aparılan növbəti hidroloji tədqiqat və ölçmə işlərinin nəticələrini açıqlayıb
Kürün deltasında aparılan tədqiqatın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri Kür çayının mənsəb hissəsində axıma nəzarət etmək məqsədilə Kür çayının deltasında apardığı növbəti hidroloji tədqiqat və ölçmə işlərinin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, mütəxəssislər tərəfindən Kür-Surra məntəqəsindən başlayaraq çayın Ana Kür və Bala Kürə ayrılan qollarında, yeni açılmış kanalın müxtəlif hissələrində çaydakı su sərfi ölçülüb, en kəsiyinin profilləri çıxarılıb, həmçinin Qoltuq körfəzinə tökülən qollar tədqiq edilib, Bala Kürün və Yeni kanalın çıxışlarında açıq dənizin dibinin profilləri çıxarılıb.

Aparılmış müşahidələrə görə, Kür çayının Bankə məntəqəsində müşahidə olunan 160 m3/san su sərfinın 40 faizinin Kür çayının deltasında şimal-şərqə doğru Bala Kür qolu vasitəsilə, 60 faizinin isə çayın əsas qolunun davamı olan Yeni Kanal vasitəsilə dənizə axıdıldığı müəyyən edilib. Cənub tərəfdən Ana Kürdən Qoltuq körfəzinə açılan xırda qollara axım isə səviyyənin aşağı olması səbəbindən tamamilə dayanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti