...

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İB-də ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2012 18:52 (UTC +04:00)
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Dağlıq Qarabağın azərbaycanlı icması və Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilmişdir.
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İB-də ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 11 dekabr

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında Dağlıq Qarabağın azərbaycanlı icması və Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilmişdir.

İB-dən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İctimai Birliyinin sədri və Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov umummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərin daim qorunması, mədəniyyətimizin hər zaman inkişafı üçün hələ 1969-1982-ci illərdə Azərbaycan Respublikasının birinci dəfə rəhbəri olan zaman gördüyü işləri yüksək qiymətləndirərək, tədbir iştirakçılarına həmişə ulu öndərdən örnək götürməyi, onun ölməz ideyalarını, arzu və əməllərini yaşatmağı tövsiyə etmişdir.

Bayram Səfərov eyni zamanda qeyd etmişdir ki, istər Azərbaycanda, istərsə də dünyanın digər ölkələrində müstəqil Azərbaycandan danışanda həmişə onun qurucusu Heydər Əliyevin adı xüsusi olaraq çəkilir və uca tutulur. Heydər Əliyevin Azərbaycanda 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışı ölkəmizi o dövrdə baş verə biləcək fəlakətdən xilas etdi və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynadı. B.Səfərov qeyd etdi ki, ümummilli lider xalqımızın tarixində əvəzolunmaz şəxsiyyət olaraq çox böyük rol oynamış və onun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqllik qazandıqdan sonrakı dövrdə ölkəyə başçılıq etdiyi müddətdə Azərbaycan xalqının rifah halının yeksəldilməsi, Azərbaycan dövlətinin inkişafı naminə atılan addımlardan bəhs etmişdir. Eyni zamanda T.Əliyev əsası Heydər Əliyev tərəfindən qoyulan və ulu öndərin ideyasının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının son illərdə gördüyü işlər barədə məlumat vermişdir.

Şuşa rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək ümummilli liderin Azərbaycan dilinin yaşadılması və eləcədə onun di rcəldilməsi istiqamətində atılan addımlardan danışmışdır. V.Fətəliyeva Heydər Əliyev irsində vətən sevgisi və azərbaycançılıq hissinın xüsusi yer tutduğunu bildirmişdir.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov çıxış edərək ümummilli liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin inkişafı, regionda və eləcədə dünyada özünəməxsus yer tutması istiqamətində həyata keçirdiyi uğurlu xarici siyasətindən danışmışdır. Elçin Əhmədov məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması, Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzrum, Bakı-Tibili-Qars kimi uğurlu layihələrə imza atılması, 2001-ci ildə Azərbaycanın Avropa Şurasına bərabərhüquqlu üzv seçilməsi və dünyada siyasi nüfuzunun armasını diqqətə çatdıraraq, hazırda bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və uğurla davam etdirildiyini bildirdi.

Sonda ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilən qısametrajlı film nümayiş olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti