...

Azərbaycanda uşaqların bağırsaq qurdlarına yoluxma səviyyəsi müəyyənləşdirilib

Cəmiyyət Materials 14 Dekabr 2012 16:15 (UTC +04:00)
Rostropoviç-Vişnevskaya Fondunun dəstəyi ilə Azərbaycanda uşaqların helmintlərə yoluxma səviyyəsi müəyyən olunub.
Azərbaycanda uşaqların bağırsaq qurdlarına yoluxma səviyyəsi müəyyənləşdirilib

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Rostropoviç-Vişnevskaya Fondunun dəstəyi ilə Azərbaycanda uşaqların helmintlərə yoluxma səviyyəsi müəyyən olunub.

Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri Soltan Məmmədov cümə günü Trend-ə bildirib ki, bu il Səhiyyə Nazirliyi Rostropoviç-Vişnevskaya Fondu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və YUNİSEF-in dəstəyi ilə respublikanın 42 rayonunda 1-4-cü sinif şagirdləri arasında helmintlərin profilaktikası proqramının tətbiqinə başlayıb. Noyabr ayında proqramın I raundu çərçivəsində 1-4-cü sinif şagirdlərinə ÜST tərəfindən təmin olunmuş Albendazol preparatı verilib. Respublikanın 5 coğrafi zonasında uşaqlara dərman preparatları verilməmişdən əvvəl yoluxma səviyyəsinin müəyyən olunması üçün laborator tədqiqatlar keçirilib. Nəticədə müəyyən olunub ki, republikada helmintlərə yoluxma səviyyəsi orta hesabla 19,3%-dir.

Məmmədov bildirib ki, birinci raund zamanı 375,025 məktəbli müalicə olunub. Proqramın II raundu gələn ilin may ayında həyata keçiriləcək. Proqram çərçivəsində II raund profilaktik tədbirlərdən sonra yenidən laborator tədqiqat keçiriləcək və nəticədə müalicənin effektivliyi müəyyən olunacaq.

Məmmədovun sözlərinə görə, dünyada 600 000-dən çox məktəb yaşlı uşaq helmintlərə yoluxma riskinə məruzdur. Bu yoluxma uşaqların sağlamlığına, inkişafına və məktəb fəaliyyətinə böyük zərbədir.

Fond nümayəndəsi deyib ki, Azərbaycanda da 2005-ci ildən başlayaraq Səhiyyə Nazirliyi tərəfindən məktəbli uşaqlar arasında helmintlərin profilaktikası və müalicəsi istiqamətində milli səviyyədə layihələr həyata keçirilir. Bu istiqamətdə Səhiyyə Nazlirliyinə Rostropoviç-Vişnevskaya Fondu, Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Ərzaq Proqramı yardım göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti