Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir K.Zərbalıyeva, M.Əliyev/
Azərbaycanda notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun dərəcələri bir neçə dəfə artırılır.
Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
Aşağıdakı cədvəldə dövlət rüsumunun dərəcələri artırılan notariat hərəkətləri və rüsumların məbləği əksini tapıb.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
10.1. Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün: |
|
10.1.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə |
20 manat |
10.1.2. müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə: |
|
10.1.2.1. Bakı şəhərində |
200 manat |
10.1.2.2. digər şəhər və rayonlarda |
80 manat |
10.1.3. yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün |
20 manat |
10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün: |
|
10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin,qardaşın, bacının mülkiyyətinə keçirsə |
25 manat |
10.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə |
50 manat |
10.3. Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün: |
|
10.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə |
10 manat |
10.3.2. müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə |
15 manat |
10.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə: |
|
10.4.1. dəyəri 2000 manatadək |
5 manat |
10.4.2. dəyəri 200 manatdan 5000 manatadək |
20 manat |
10.4.3. dəyəri 5000 manatdan çox olduqda |
30 manat |
10.5. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: |
|
10.5.1. Bakı şəhərində |
110 manat |
10.5.2. digər şəhər və rayonlarda |
44 manat |
10.6. Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: |
|
10.6.1. Bakı şəhərində |
55 manat |
10.6.2. digər şəhər və rayonlarda |
22 manat |
10.7. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün: |
|
10.7.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə |
10 manat |
10.7.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə |
10 manat |
10.7.3. tərəflər digər şəxslərdirsə |
80 manat |
10.8. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün: |
|
10.8.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə |
10 manat |
10.8.2. tərəflər digər şəxslərdirsə |
20 manat |
10.9. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün: |
|
10.9.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq) |
20 manat |
10.9.2. vərəsə digər şəxsdirsə |
40 manat |
10.10. Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün |
10 manat |
10.11. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün: |
|
10.11.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə |
10 manat |
10.11.2. etibarnamə digər şəxslərə verilərsə |
20 manat |
10.12. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün: |
|
10.12.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə |
5 manat |
10.12.2. etibarnamə digər şəxslərə verilirsə |
10 manat |
10.13. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün |
20 manat |
10.14. Dəniz protestlərinin tərtibi üçün |
20 manat |
10.15.Vəsiyyətnamələrin təsdiqi üçün |
10 manat |
10.16. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün |
5 manat |
10.17. Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün |
2 manat |
10.18. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün |
2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat |
10.19. İcra qeydlərinin aparılması üçün |
10 manat |
10.20. Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrinini ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və bələdiyyələ verilməsi və bu Qanunun 10.1-10.19-cu maddələrində göstərilən hərəkətlərdən başqa notariat hərəkətləri üçün |
5 manat |
10.21. Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün |
5 manat |
10.22. Bu Qanunda nəzərdə tutulmuş notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda aparılmasına görə (1 saat üçün) |
10 manat (notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5 manat |
10.23. Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi üçün |
5 manat |
10.24. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə |
100 manat |
10.25. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə |
50 manat |