...

Amerikalı müəllimlərə işə silahla gəlməyə icazə verilə bilər

Cəmiyyət Materials 28 Dekabr 2012 10:44 (UTC +04:00)
ABŞ-ın bir sıra ştatlarında müəllimlərə işə silahla gəlməyə icazə verilə bilər. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Amerikalı müəllimlərə işə silahla gəlməyə icazə verilə bilər

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-ın bir sıra ştatlarında müəllimlərə işə silahla gəlməyə icazə verilə bilər. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Yuta ştatında 150-dən artıq müəllim atıcılıq kurslarına getməyə başlayıb. Onlara müdafiənin və gizli silah daşımanın əsasları öyrədilir.

Bu addım dekabrın əvvəlində Konnektikutda baş verən faciə ilə əlaqədardır. O zaman Adam Lans məktəbdə 26 nəfəri güllələmişdi. Bundan əvvəl o, müəllimə işləyən anasını qətlə yetirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti