...

BMT-nin Azərbaycandakı ölkə təmsilçisinin müavini Odlar Yurdu Universitetində olub

Cəmiyyət Materials 29 Dekabr 2012 11:39 (UTC +04:00)
BMT-nin Azərbaycandakı ölkə təmsilçisinin müavini xanım Nato Alhazişvili və İnsan İnkişafı Layihəsinin meneceri Aytən Şirinova Odlar Yurdu Universitetində olublar.
BMT-nin Azərbaycandakı ölkə təmsilçisinin müavini Odlar Yurdu Universitetində olub

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

BMT-nin Azərbaycandakı ölkə təmsilçisinin müavini xanım Nato Alhazişvili və İnsan İnkişafı Layihəsinin meneceri Aytən Şirinova Odlar Yurdu Universitetində olublar.

Universitetdən Trend-ə verilən məlumata görə, qonaqlar ilk öncə universitetlə tanış oldular.

Tədris prosesi ilə tanış olan qonaqlar universitetin müasir tələblərə cavab verdiyini qeyd etdilər. Rəhbərliklə aparılan danışıqlar zamanı insan inkişafı layihəsinin həyata keçirilməsi çərşivəsində Odlar Yurdu Universitetində də bu kursun keçirilməsi müzakirə olundu. Bu layihə gənclərin gələcəkdə inkişafları istiqamətində hansı səpkidə yol xəritəsi seçəcəklərinə dair kömək etməktədir.

Universitetin rəhbərliyi bu kursun tələbələr üçün xeyrli olacağının əminliyini bildirdi və qısa zamanda bu istiqamətdə işlər görəcəklərinə dair tapşırıqlar verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti