...

Meteohəssas insanlara xəbərdarlıq

Cəmiyyət Materials 7 Yanvar 2013 14:30 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın günlərdə meteohəssas insanlar üçün əlverişsiz hava şəraitinin olacağını bildirir.
Meteohəssas insanlara xəbərdarlıq

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın günlərdə meteohəssas insanlar üçün əlverişsiz hava şəraitinin olacağını bildirir.

Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, yanvarın 8-də Abşeron yarımadasında mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişli olacaq. Ancaq yanvarın 9-10-da arabir güclənən xəzri küləyi fonunda temperaturun xeyli aşağı enməsi soyuq diskomfort hissi yaradaraq meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Bakıda və Abşeron yarımadasında yanvarın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-4, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti