...

Millət vəkili: Əsgər ölümü ilə bağlı məsələyə münasibətdə mediada yer alan bəzi fikirlər narahatlıq doğurur

Cəmiyyət Materials 11 Yanvar 2013 13:14 (UTC +04:00)
Daşkəsəndə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölüm faktı ilə bağlı məsələyə münasibətdə mediada yer alan bəzi fikirlər narahatlıq doğurur.
Millət vəkili: Əsgər ölümü ilə bağlı məsələyə münasibətdə mediada yer alan bəzi fikirlər narahatlıq doğurur

Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir İ.İzzət/

Daşkəsəndə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölüm faktı ilə bağlı məsələyə münasibətdə mediada yer alan bəzi fikirlər narahatlıq doğurur. Bu barədə Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev bildirib.

"Öz adımdan əsgər Ceyhun Qubadovun ailəsinə başsağlığı verirəm. Bu məsələ hər bir insanı narahat edir. Mediada yer alan bəzi fikirlər məni həqiqi mənada narahat edir. Azərbaycan Respublikasının qanunları var, Ali Baş Komandanı var. İldən-ilə ordu üçün çox böyük işlər görülür. Milli Məclisdə hər il Müdafiə Nazirliyinin büdcəsi artırılır", - millət vəkili deyib.

Onun sözlərinə görə, artıq Hərbi Prokurorluqda bu məsələ ilə bağlı cinayət işi açılıb. "Ölüm hadisəsinin baş verdiyi hərbi hissəyə müxtəlif mütəxəssislər gediblər. Məhkəmə-tibb ekspertizasının rəyi olacaq və bunların hamısını gözləmək lazımdır. Bəzi insanlar bunu siyasiləşdirir, öz şəxsi mövqeyindən çıxış edir. Biz axı bilməliyik ki, bu məsələ necə olub? Buna hüquqi cəhətdən yanaşmaq lazımdır", - Əliyev vurğulayıb.

Qeyd edək ki, Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov bir neçə gün əvvəl dünyasını dəyişib.

Bəzi KİV-lər əsgərin meyitinin fotolarını yayıb, fotolarda onun xəsarətlər aldığı əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti