• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Əmlak Məsələləri Dövlət Komitəsinin 16 işçisi intizam məsuliyyətinə cəlb olunub

14 Yanvar 2013 15:39 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Ötən il Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlarda işləyən 16 dövlət qulluqçusu etik davranış qaydalarının pozulmasına, əmr, sərəncam, tapşırıqların və digər əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə intizam məsuliyyətinə cəlb olunub.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 10 işçiyə töhmət verilib, 6 işçi işdən azad olunub.

Etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirmək məqsədilə komitədə "Əmlak Məsələləri Dövlət Komitəsinin aparatında və onun strukturuna daxil olan qurumlarda işləyən dövlət qulluqçularının etik davranış Qaydaları" təsdiq edilib.

Bu Qaydalara uyğun olaraq, komitədə işləyən dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarətin təmin edilməsi, etik davranış qaydalarının əməl edilməsi vəziyyətinin öyrənilməsi və onun təhlilinin aparılması mütəmadi olaraq həyata keçirilir. Eyni zamanda, etik davranış məsələləri komitənin kollegiya iclaslarında və müşavirələrdə diqqətdə saxlanılır və bu məqsədlə icrası zəruri olan tapşırıqlar verilir. Aparılmış təhlillərin və verilmiş tapşırıqların icrasının nəticəsi olaraq pozuntu hallarına yol vermiş dövlət qulluqçuları barəsində intizam tənbehi tədbirləri görülüb və bu barədə məlumatlar Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbələrində işləyən dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarətin təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədilə komitənin aidiyyəti şöbələrinin əməkdaşları respublikanın şəhər və rayonlarına ezam ediliblər.

Bununla yanaşı, komitədə çalışan dövlət qulluqçuları üçün 9 və 22 dekabr 2012-ci il tarixlərində "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda seminarlar keçirilib.

Komitənin rəsmi internet səhifəsində "Etik davranış qaydaları" bölməsi yaradılıb və hazırda həmin internet səhifəsi vasitəsilə birbaşa müraciətlərin və elektron ərizələrin qəbul edilməsi imkanları mövcuddur. Etik davranış qaydaları ilə bağlı müraciətlərin qəbulu, baxılması və cavablandırılmasında çevikliyi və şəffaflığı təmin etmək məqsədilə komitədə və tabeliyində olan qurumlarda müraciətlərin elektron poçt ünvanı vasitəsilə qəbulu və cavablandırılması həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • etik davranış qaydaları
  • intizam məsuliyyəti
  • Əmlak Məsələləri Dövlət Komitəsi
  • Azərbaycan
Azernews Newspaper
Digər xəbərlər
ABŞ Konqresində Azərbaycanın siyasəti təqdir olunub
Siyasət 06:14
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər
Nəzər nöqtəsi 25 Aprel 18:11
Buzovnada keçmiş kolxoz və sovxozlar tərəfindən verilən torpaq sahələri sənədləşdirilib (FOTO)
İqtisadiyyat 25 Aprel 14:36
Azərbaycan və İran neft və neft məhsullarının daşınmaları üzrə güzəştli tarif barədə razılaşıblar
Biznes və iqtisadiyyat xəbərləri 24 Aprel 07:22
70 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı
İqtisadiyyat 23 Aprel 12:06
Müdafiə Nazirliyi: Ermənistanın kriminal hərbi-siyasi rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır
Gündəm 22 Aprel 11:17
Sutka ərzində atəşkəs 97 dəfə pozuldu
Dağlıq Qarabağ Münaqişəsi 22 Aprel 09:23
Azərbaycan neftinin QİYMƏTİ bahalaşmaqda davam edir
Energetika 20 Aprel 23:10
Azərbaycan İslam turizminin ən populyar istiqamətlərinin reytinqində ilk onluğa daxil olub
Biznes və iqtisadiyyat xəbərləri 20 Aprel 08:11
Azərbaycanın ucqar kəndlərində “Kütləvi çıxarış” kampaniyası keçirilib (FOTO)
İqtisadiyyat 18 Aprel 14:34
90 dövlət əmlakı özəlləşdirildi - Bugünkü hərrac (FOTO)
İqtisadiyyat 17 Aprel 12:56
116 dövlət əmlakı hərraca çıxarılır
İqtisadiyyat 16 Aprel 10:49
Altay Həsənov: Mehriban Əliyevanın rəhbərliyi altında uğur qazanmamaq, bu cür zirvələr fəth etməmək mümkün deyil
Siyasət 15 Aprel 20:17
MN: Azərbaycan SQ-in Baqanes yolunu atəşə tutması növbəti uydurmadır
Dağlıq Qarabağ Münaqişəsi 15 Aprel 20:12
Baş məşqçi: Azərbaycan batutda tarixi medalını qazandı
Gündəm 15 Aprel 19:17
Azərbaycan gimnastı tamblinq üzrə Avropa Çempionu oldu (FOTO)
İdman 15 Aprel 16:25
Avropa çempionu: Azərbaycan Gimnastika Federasiyası yarışlarda indiyə qədər gördüyüm ən yaxşı təşkilatçılıq səviyyəsini təmin edib
İdman 15 Aprel 16:09
Belarus gəncləri Avropa çempionu oldu
İdman 15 Aprel 15:58
Ən çox oxunanlar
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
"AGF Junior Trophy"də gürzlərlə və lentlə hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib (FOTO)
Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı, Urmiya gölündən danışdı (YENİLƏNİB)
Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlanıb (ÖZƏL) (FOTO)
Nəzər nöqtəsi
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter