...

Təmiz İnkişaf Mexanizmi üzrə “Təmiz Şəhər” ASC-nin təqdim etdiyi karbon krediti layihəsi qeydiyyata alınıb

Cəmiyyət Materials 15 Yanvar 2013 10:01 (UTC +04:00)
“Təmiz Şəhər” ASC tərəfindən BMT-nin Təmiz İnkişaf Mexanizminə əsasən təqdim etdiyi Bərk Məişət Tullantılarının Yandırılması Zavodu üzrə karbon krediti layihəsi ötən ilin sonunda BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvesiyasında uğurla qeydiyyatdan keçmişdir.
Təmiz İnkişaf Mexanizmi üzrə “Təmiz Şəhər” ASC-nin təqdim etdiyi karbon krediti layihəsi qeydiyyata alınıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

"Təmiz Şəhər" ASC tərəfindən BMT-nin Təmiz İnkişaf Mexanizminə əsasən təqdim etdiyi Bərk Məişət Tullantılarının Yandırılması Zavodu üzrə karbon krediti layihəsi ötən ilin sonunda BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvesiyasında uğurla qeydiyyatdan keçmişdir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2012-ci ilin dekabr ayında istismara verilən tullantıların zərərsizləşdirilməsi sahəsində ölkəmizdə ilk Bərk Məişət Tullantılarının Yandırılması Zavodu tullantıların çürüməsi nəticəsində ətraf mühitə atılan istilik effekti yaradan qazların əmələ gəlməsinin qarşısını alacaqdır. 10 illik qeydiyyata alınmış karbon krediti layihəsi çərçivəsində Təsdiqlənmiş Emissiya Azalması (CER) təqribən 661462 ton CO2 (istilik effekti yaradan qazlar) təşkil edəcəkdir.

Təmiz İnkişaf Mexanizmi inkişaf etməkdə olan ölkələrə emissiyaların azaldılması məqsədilə hər biri 1 ton CO2-yə bərabər olan karbon kreditləri almağa imkan yaradır.

Təmiz İnkişaf Mexanizmi BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyasında əsasən yaradılmışdır. Mexanizm bu ölkələrə emissiyaların azaldılması üzrə öhdəliklərini yerinə yetirməyə kömək etməklə yanaşı ətraf mühitin mühafizəsi sahəsində davamlı inkişafı stimullaşdırır.

BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ildə Rio de Janeyroda 3-14 iyun tarixlərində keçirilən Ətraf Mühitin Mühafizəsi və İnkişafa dair Konfransında razılaşdırılmış beynəlxalq ətraf mühit sazişidir. Sazişin məqsədi atmosferdə istilik effekti yaradan qazların toplanmasını iqlim sisteminə təhlükəli antropogen təsirin qarşısını alacaq miqdara endirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti