Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İzzət/
Şəki Apelyasiya Məhkəməsi aidiyyatla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Mülki-Prosessual Məcəllənin 30-cu maddəsi ilə İnzibati-Prosessual Məcəllənin 2-ci maddəsi arasında ziddiyyət yarandığından, Şəki Apelyasiya Məhkəməsi Mülki-Prosessual Məcəllənin 30-cu maddəsinin şərh olunması xahiş edir.
Mülki-Prosessual Məcəllənin 30-cu maddəsinin tələbinə görə, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır.
İnzibati-Prosessual Məcəllənin 2-ci maddəsinin tələbinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.
Müraciət icraata götürülüb. Müraciətə yanvarın 16-da KM-in Plenumunun iclasında baxılacaq.
Konstitusiya Məhkəməsi Şəki Apelyasiya Məhkəməsinin müraciətini icraata götürüb
Şəki Apelyasiya Məhkəməsi aidiyyatla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
