...

Vergilər Nazirliyinin 8 əməkdaşı işindən uzaqlaşdırılıb

Cəmiyyət Materials 15 Yanvar 2013 17:19 (UTC +04:00)
Vergilər Nazirliyi öz əməkdaşlarının etik davranış qaydalarına əməl etmələrinə, vergi ödəyicilərinin və vətəndaşların bu məsələ ilə bağlı müraciətlərinin araşdırılmasına xüsusi diqqət yetirir.
Vergilər Nazirliyinin 8 əməkdaşı işindən uzaqlaşdırılıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Vergilər Nazirliyi öz əməkdaşlarının etik davranış qaydalarına əməl etmələrinə, vergi ödəyicilərinin və vətəndaşların bu məsələ ilə bağlı müraciətlərinin araşdırılmasına xüsusi diqqət yetirir.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 2012-ci il ərzində Vergilər Nazirliyinə "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinin pozulması ilə əlaqədar cəmi 38 şikayət daxil olub. Aparılmış müvafiq araşdırmaların nəticəsi olaraq, "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinin pozmuş 8 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib, 1 əməkdaş aşağı vəzifəyə keçirilib, 6 əməkdaşa töhmət verilib, 2 əməkdaşa xəbərdarlıq elan edilib.

2012-ci il ərzində bu sahədə bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə vergi xidməti əməkdaşları korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri mövzusunda treninqlərə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti