Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir M.Əliyev/
Azərbaycanda sosial xidmət göstərilməsi ilə əlaqədar nəqliyyat xərcləri üçün sosial işçiyə və sosial xidmətçiyə 20 manat məbləğində aylıq pul kompensasiyası müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetində qərar qəbul olunub.
Qərara əsasən, "Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin xidməti vəzifəsini yerinə yetirərkən xüsusi geyim və avadanlıqla təmin olunmaq və ya bunları əldə etmək və nəqliyyat xərcləri üçün pul kompensasiyası almaq Qaydası"nın təsdiq edilməsi haqqında" 2003-cü ildə hökumətin qəbul etdiyi qərar ləğv edilib.