...

AMEA filiz yataqlarının birində poliqon yaratmağı təklif edib

Cəmiyyət Materials 18 Yanvar 2013 12:40 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası filiz yataqlarının birində xüsusi poliqon və yarımsənaye pilot kompleksinin yaradılmasını təklif edib.
AMEA filiz yataqlarının birində poliqon yaratmağı təklif edib

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası filiz yataqlarının birində xüsusi poliqon və yarımsənaye pilot kompleksinin yaradılmasını təklif edib.

Trend-in məlumatına görə, AMEA-nın Yer Elmləri Bölməsinin cümə günü keçirilən 2012-ci ilin yekunlarına həsr olunan iclasında bölmənin akademik katibi Arif İsmayılzadə deyib ki, bununla bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Bu layihə Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasınn tədqiqi, işlənməsi və tətbiqi üzrə aparılmış işlərin yekunu əsasında hazırlanıb.

Katibin sözlərinə görə, aparılmış elmi tədqiqatlar göstərir ki, hazırlanmış texnoloji metodlar seçilmiş filiz obyektləri üçün qənaətbəxşdir. Elmi tədqiqat və təcrübə işlərini davam etdirmək məqsədilə filiz yataqlarının birində xüsusi poliqon və yarımsənaye pilot kompleksinin yaradılması üçün Nazirlər Kabinetinə layihə təqdim edilib. Layihə dörd nazirlik tərəfindən dəstəklənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti