...

Bakıda havanın temperaturu 18 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 21 Yanvar 2013 12:27 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Bakıda havanın temperaturu 18 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda havanın temperaturu 18 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda havanın temperaturu gecə 3-5, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2-3 gün ərzində yanvar ayı üçün mülayim isti hava şəraitinin davam edəcəyi gözlənilir.

Yanvarın 22-dən 24-dək Abşeron yarımadasında yazı xatırladan mülayim isti hava şəraiti əhalidə xoş əhval-ruhiyyə yaratsa da, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissinə səbəb ola bilər.

Azərbaycanın rayonlarında yanvarın 21-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman proqnozlaşdırılır. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti