...

Müdafiə Nazirliyi sosial şəbəkələrdə paylaşılan fotolarla bağlı araşdırmaya başlayıb

Cəmiyyət Materials 21 Yanvar 2013 15:30 (UTC +04:00)
Müdafiə Nazirliyinin N saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı fotolarla bağlı araşdırmaya başlanılıb.
Müdafiə Nazirliyi sosial şəbəkələrdə paylaşılan fotolarla bağlı araşdırmaya başlayıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyinin N saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı fotolarla bağlı araşdırmaya başlanılıb. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, eyni çağırışdan və eyni bölgədən olan əsgərlərin Gəncə şəhərinə istəklərini ifadə etmək üçün belə vasitəyə əl atdıqları bildirilir. Buna baxmayaraq, Müdafiə Nazirliyi Hüquq İdarəsinin apardığı araşdırmanın nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.

Məlumatda bildirilir ki, bəzi informasiya vasitələrində əsgər Namazlı Ülvinin zabit qismində təqdim edilməsi də yanlışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti