...

YAP Gənclər Birliyi gələn ay "Qış məktəbi" təşkil edəcək

Cəmiyyət Materials 23 Yanvar 2013 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi aktiv gənclərdən ibarət növbəti "Qış məktəbi"ni bu ilin fevral ayında reallaşdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, səfərin dəqiq vaxtı YAP-ın rəhbərliyi tərəfindən dəqiqləşdirilir.

"Burada Bakı şəhərindən, eləcə də YAP-ın rayon təşkilatlarının aktiv gəncləri (Sumqayıt, Abşeron) olmaqla, ümumilikdə 120-130-a yaxın gəncin Oğuz rayonunda "Qış məktəbi"ndə iştirakını nəzərə tuturuq. Bu "Qış məktəbi"ndə aktiv gənclərlə bərabər, müxtəlif mövzularda (siyasi, liderlik, İKT) "dəyirmi masa"lar təşkil ediləcək", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti