...

Deputat: İsmayıllıda baş verən hadisələrdə siyasi motiv axtarmaq lazım deyil

Cəmiyyət Materials 24 Yanvar 2013 16:31 (UTC +04:00)
İsmayıllıda ötən gün baş verən hadisələrdə siyasi motiv axtarmaq lazım deyil. Bu barədə cümə axşamı Trend-ə millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib.
Deputat: İsmayıllıda baş verən hadisələrdə siyasi motiv axtarmaq lazım deyil

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir M.Əliyev/

İsmayıllıda ötən gün baş verən hadisələrdə siyasi motiv axtarmaq lazım deyil. Bu barədə cümə axşamı Trend-ə millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib.

O qeyd edib ki, həmin yerdə cinayət hadisəsi baş verib. "Yerli sakinlərə qarşı qeyri-etik ifadələr, hörmətsizlik nümayiş etdirmək yolverilməzdir. Gənclər isə içkinin təsiri altında olublar, qeyri-etik hərəkətlərə yol veriblər və bundan qıcıqlanan yerli sakinlər bu cür aqressivlik nümayiş etdiriblər. Mən yandırmaq, dağıtmaqla bağlı əks tərəfin hərəkətlərini də qəbul etmirəm. Bununla bağlı polisə, prokurorluğa müraciət etmək olardı, onların cəzalandırılmasını tələb etmək olardı", - deputat deyib.

Onun sözlərinə görə, bir sıra mətbuat orqanlarında bu məsələ həddən artıq şişirdilib: "Baş verən hadisəni şişirtməyə, qızışdırmağa çalışan şəxslər var. Bundan bəhrələnmək istəyən qüvvələr var. İnanıram ki, hüquq-mühafizə orqanları baş verən hadisəyə kifayət qədər obyektiv münasibət bildirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti