Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir M.Əliyev/
Sabah Azərbaycan ərazisində hava yağıntılı olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 27-də yağıntılı olacağı, axşam dağlıq rayonlarda sulu qar, qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.