...

Rəsmi mövqe: Azərbaycanda sürücülər yola vurduğu ziyanı ödəmək istəmirlər (FOTO)

Cəmiyyət Materials 29 Yanvar 2013 13:26 (UTC +04:00)
Yanvarın 26-da Bakı-Ələt-Qazax-Gürcüstan Respublikasının dövlət sərhədi avtomobil yolunun 10-cu km-də, Bibiheybət məscidinin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi, yanacaq daşıyan yük maşınının partlayıb yanması nəticəsində yol və yol qurularına ciddi ziyan deyib.
Rəsmi mövqe: Azərbaycanda sürücülər yola vurduğu ziyanı ödəmək istəmirlər (FOTO)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvarın 26-da Bakı-Ələt-Qazax-Gürcüstan Respublikasının dövlət sərhədi avtomobil yolunun 10-cu km-də, Bibiheybət məscidinin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi, yanacaq daşıyan yük maşınının partlayıb yanması nəticəsində yol və yol qurularına ciddi ziyan deyib.

"Azeryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, yolun sağındakı divarın aqlay daşı ilə üzlənmiş 320 kv.m istinad divarı və daha 60 kv.m üst hissəsi, 191 kv.m rustlu daş, divarlardakı 332 kv.m aqlay karniz, 31 kv.m daraq, 1 ədəd işıq dirəyi, 4 ədəd göstərici yol nişanı, 36 poqonmetr səki daşı, 124 poqonmetr metal qoruyucu tirlər, 5 ədəd metal dayaq, yolun bəzək hissəsində 315 kv.m, səkidə isə 45 kv.m asfalt-beton örtüyü yararsız hala düşüb.

Xidmət rəhbəri qeyd edib ki, yol-nəqliyyat hadisələri zamanı Nəqliyyat Nazirliyi, BDYPİ nümayəndəsi və qəzanı törədən şəxsin iştirakı ilə akt tərtib edilir və həmin sənəddə yola və yol qurğularına dəymiş ziyan göstərilir. Qanuna əsasən, yola və yol qurğularına dəymiş ziyan qəzanın təqsirkarı tərəfindən ödənilməlidir.

Mürsəliyevin sözlərinə görə, 2012-ci il ərzində yol-nəqliyyat hadisələri zamanı 12 min poqonmetrdən artıq əyri xətli tir, 100-dən artıq yol nişanı, yol göstəriciləri, 200 poqonmetrə yaxın bardür və s. yol elementlərinə ziyan dəyib.

"Ümumiyyətlə, ötən il yola və yol qurğularına 3 milyon manatdan artıq ziyan dəyib. Bu günədək onlardan yalnız təxminən 45 min manatı ödənilib. Hətta elə sürücülər var ki, onlar məhkəmənin qərarlarına baxmayaraq, dəymiş ziyanı ödəməkdən imtina edirlər. Ona görə də adətən dəymiş ziyan "Azəryolservis" ASC-nin daxili imkanları hesabına aradan qaldırılır", - xidmət rəhbəri vurğulayıb.

"Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC naşı sürücülərə, o cümlədən texniki cəhətdən nasaz olan avtomobillərlə qarlı, şaxtalı, ümumiyyətlə əlverişsiz hava şəraitlərində yola çıxmamağı məsləhət görür", - Mürsəliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti