...

BQXK rəsmisi: Azərbaycanda penitensiar müəssisələr BQXK-nın tövsiyələrinə daha fəal əməl edir

Cəmiyyət Materials 29 Yanvar 2013 14:50 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Müdafiə proqramının Azərbaycandakı yeni təyin olunmuş koordinatoru Penitensiar Xidmətin rəisi ilə görüşüb.
BQXK rəsmisi: Azərbaycanda penitensiar müəssisələr BQXK-nın tövsiyələrinə daha fəal əməl edir

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Müdafiə proqramının Azərbaycandakı yeni təyin olunmuş koordinatoru Penitensiar Xidmətin rəisi ilə görüşüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Trend-ə verilən xəbərə görə, bu gün Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Müdafiə proqramının Azərbaycandakı yeni təyin olunmuş koordinatoru Fransua Blansini, Müdafiə proqramının fəaliyyətini başa vurmuş koordinatoru xanım Qvenaelle Fontananı və Müdafiə proqramının nümayəndəsi Piter Huberi onların xahişi ilə qəbul edib.

Quliyev qonaqlara Penitensiar Xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində müfəssəl məlumat verib.

Xidmət rəisi BQXK ilə Penitensiar Xidmət arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirərək, son illər ərzində məhz BQXK ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağ ciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin xeyli artdığını, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayının nəzərə çarpacaq dərəcədə azaldığını və artıq ölkəmizin bu təcrübəsindən bir çox dövlətlərin nümayəndələrinin də bəhrələndiklərini bildirib.

Xanım Qvenaelle Fontana işlədiyi müddət ərzində Penitensiar Xidmətlə əməkdaşlığın səmərəli olduğunu qeyd edib və son vaxtlar BQXK-nın tövsiyələrinə penitensiar müəssisələr tərəfindən daha fəal reaksiya verildiyini, bu tövsiyələrə əməl olunduğunu xüsusilə vurğulayıb. Səmimi və işgüzar əməkdaşlıqdan məmnun qaldığını ifadə edən Fontana penitensiar müəssisələrə baş çəkmək üçün hər zaman lazımi şərait yaradıldığına görə minnətdarlığını bildirib.

Görüş zamanı cəzaçəkmə müəssisələrində yeni istehsal sahələrinin təşkil olunması, cəza çəkənlərlə işçi heyəti arasında münasibətlər, məhkumların peşə təhsili, işçi personalın təlimi ilə bağlı bir sıra problemlərin həllinə dair suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti