...

Özbəkistanda Azərbaycan alimlərinin də müəllifi olduğu kitab nəşr olunub

Cəmiyyət Materials 29 Yanvar 2013 15:59 (UTC +04:00)
Özbəkistanın Səmərqənd şəhərində Azərbaycan alimlərinin də müəllifi olduğu "Qafqazda və Mərkəzi Asiyada ictimai-mədəni islahatçılığın tarixi (XIX - XX əsrin əvvəli)" (rus dilində) adlı kitab nəşr olunub.
Özbəkistanda Azərbaycan alimlərinin də müəllifi olduğu kitab nəşr olunub

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Özbəkistanın Səmərqənd şəhərində Azərbaycan alimlərinin də müəllifi olduğu "Qafqazda və Mərkəzi Asiyada ictimai-mədəni islahatçılığın tarixi (XIX - XX əsrin əvvəli)" (rus dilində) adlı kitab nəşr olunub.

AMEA-nın Tarix İnstitutundan Trend-ə verilən xəbərə görə, kitab Azərbaycan, Özbəkistan, Qazaxıstan və Dağıstan alimlərinin birgə araşdırmasıdır.

YUNESKO-nun Beynəlxalq Asiya Araşdırmalar İnstitutunun təşəbbüsü ilə nəşr olunan kitabın yazılmasında AMEA Tarix və Şərqşünaslıq institutlarının və Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşları akademik Nailə Vəlixanlı, professor Şahin Mustafayev, professor İradə Bağırova və tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti