...

Səttar Mehbalıyev: Qeyri-leqal məşğulluğun qarşısı alınmalıdır

Cəmiyyət Materials 5 Fevral 2013 11:24 (UTC +04:00)
Qeyri-leqal məşğulluğun qarşısının alınması, işçilərin əmək hüquqlarının gücləndirilməsi, ümumilikdə əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması üçün lazımi addımlar atılmalıdır.
Səttar Mehbalıyev: Qeyri-leqal məşğulluğun qarşısı alınmalıdır

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Qeyri-leqal məşğulluğun qarşısının alınması, işçilərin əmək hüquqlarının gücləndirilməsi, ümumilikdə əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması üçün lazımi addımlar atılmalıdır. Trend xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu gün keçirilən IV qurultayında məruzə ilə çıxış edən AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev bildirib.

O deyib ki, demək olar ki, bütün ölkələrdə qeyri-leqal məşğulluq mövcuddur.

Azərbaycanda da qeyri-leqal iqtisadiyyat sahəsində çalışan işçilərin əmək hüquqlarının pozulması halları ilə tez-tez rastlaşılır. Buraya əmək müqaviləsinin bağlanmaması, iş rejiminin qanunvericiliyə uyğun təşkil edilməməsi, işçilərin qanunvericilikdə nəzərdə tutulmuş gündəlik və həftəlik iş vaxtından artıq işləmələri, istirahət və bayram günlərində işə cəlb edilmələri, onlara məzuniyyət verilməməsi, maaş cədvəlində məbləğin olduğundan az göstərilməsi, əməyin mühafizəsi və sanitar-gigiyenik normalara cavab verməyən şəraitdə işləmələri və digər halları aid etmək olar.

"Hesab edirəm ki, qeyri-leqal məşğulluğun qarşısının alınması, işçilərin əmək hüquqlarının gücləndirilməsi, ümumilikdə əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması üçün biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birlikdə fəaliyyətimizi gücləndirməliyik. Birgə monitorinqlər aparmalı, işçilər arasında təbliğat işini genişləndirməli, işçilərin və onların ailə üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması məqsədi ilə lazımi addımları atmalıyıq"-deyə Mehbalıyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti