Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir A.Axundov/
Böyük Bakının Regional İnkişaf Planı layihəsinə görə, 2030-cu ildə Abşeron yarımadası ərasizində sürət dəmiryol xəttinin çəkilişi nəzərdə tutulub.
Trend-in məlumatına görə, elektrik qatarı uzunluğu 90 kilometr təşkil edəcək xətt üzrə hərəkət edəcək.
Üzərində işlərin hələ başa çatmadığı plana görə, bu xətt Biləcəri dəmiryol stansiyasından başlayacaq və M.Ə.Rəsulzadə, "8-ci kilometr", Sabunçu, Suraxanı, Binə, Mərdəkan, Maştağa, Zabrat, eləcə də Novxanı və Pirşağı qəsəbələrini əhatə edəcək.
Plan Bakının 11 rayonunu, eləcə də Sumqayıt və Xırdalan da daxil olmaqla, ümumi sahəsi 280 min hektar olan Abşeron rayonunu əhatə edəcək.