...

TQDK-nın "Tələbə-məzun" sistemi fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınıb

Cəmiyyət Materials 5 Fevral 2013 16:55 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaratdığı "Tələbə-məzun" dövlət elektron məlumat sistemi fərdi məlumatların informasiya sistemlərinin (FMİS) dövlət qeydiyyatına alınıb.
TQDK-nın "Tələbə-məzun" sistemi fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaratdığı "Tələbə-məzun" dövlət elektron məlumat sistemi fərdi məlumatların informasiya sistemlərinin (FMİS) dövlət qeydiyyatına alınıb.

Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin (FMİS) dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nın icrasını təmin etmək məqsədilə TQDK administratoru olduğu "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin qeydiyyata alınması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib. Sistem fevralın 4-də dövlət qeydiyyatına alınıb və sistem haqqında məlumat dövlət reyestinə əlavə edilib (https://governmentsregistry.ehdis.az/AcceptedFormPrivate.aspx).

Qeyd edək ki, "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin Əsasnaməsi Azərbaycan Prezidentinin 2010-cu il 23 fevral tarixli fərmanı ilə təsdiq edilib. Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin Prezident Administrasiyası, Milli Məclisinin Aparatı, Nazirlər Kabineti, Baş Prokurorluq, Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə, Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri, Dövlət Statistika Komitəsi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti