...

Riçard Morninqstar ABŞ təhsilli Azərbaycan məzunları ilə görüşüb

Cəmiyyət Materials 8 Fevral 2013 18:46 (UTC +04:00)
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstarla ABŞ təhsilli Azərbaycan məzunlarının görüşünü təşkil edib.
Riçard Morninqstar ABŞ təhsilli Azərbaycan məzunları ilə görüşüb

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Mehdiyev/

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstarla ABŞ təhsilli Azərbaycan məzunlarının görüşünü təşkil edib.

AAA-dan Trend-ə verilən məlumata görə, görüşdə 50-yə yaxın məzun işritak edib.

Səfir Morninqstar və AAA sədri Aynurə Piriyevanın açılış nitqindən sonra tədbir iştirakçıları ikitərəfli münasibətləri və təhsilə aid mübadilə proqramlarını müzakirə ediblər.

Səfir Azərbaycan gənclərinin ölkənin inkişafındakı rolunun vacibliyini qeyd edib.

Məzunlar suallarını səfirə ünvanlayıb və öz ideya və fikirlərini onunla bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti