...

Azərbaycan bu il 20 turizm sərgisində iştirak edəcək

Cəmiyyət Materials 12 Fevral 2013 10:17 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu il ərzində ümumilikdə 20 turizm sərgisində iştirak etməyi nəzərdə tutur.
Azərbaycan bu il 20 turizm sərgisində iştirak edəcək

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu il ərzində ümumilikdə 20 turizm sərgisində iştirak etməyi nəzərdə tutur.

Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, artıq 4 turizm sərgisi keçirilib. Növbəti "Fitur" sərgisi 30 yanvar -3 fevral tarixlərində İspaniyada (Madrid), "BİT" sərgisi 14 - 17 fevralda İtaliyada (Milan), "İTB" sərgisi

6 - 10 martda Almaniyada (Berlin), "MİTT" sərgisi 20 - 23 martda Rusiyada (Moskva), "UİTT" sərgisi 27 - 29 martda Ukraynada (Kiyev) keçiriləcək.

Aprelin 4-6-da isə Azərbaycanda "AİTF" beynəlxalq turizm sərgisi təşkil ediləcək. Çində (Pekin) - 9 - 11 apreldə "COTTM", Gürcüstanda (Tbilisi) - 12 - 14 apreldə "Caucasus Tourism Fair", Qazaxıstanda (Almatı) - 24 - 26 apreldə "KİTF", Birləşmiş Ərəb Əmirliyində (Dubay) - 6 - 9 mayda "ATM", Koreyada (Seul) - 30 may - 2 iyunda "KOTFA", Yaponiyada (Tokio) - 12 - 15 sentyabrda "JATA", Fransada (Paris) - 24 - 27 sentyabrda "Top Resa", Belarusda (Minsk) - 23 - 26 oktyabrda "Турбизнес", Böyük Britaniyada (London) - 4 -7 noyabrda "WТМ", Polşada (Varşava) - 14 - 16 noyabrda "ITM Warsaw İnternational Travel Show", İspaniyada (Barselona) - 19 - 21 noyabrda "EİBTM" sərgisi keçiriləcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi sadalanan sərgilərin hər birində iştirak etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti