...

Azərbaycanda uşaqların ürək əməliyyatlarının nəticələri müzakirə olunub

Cəmiyyət Materials 16 Fevral 2013 15:49 (UTC +04:00)
Respublika Müalicə Diaqnostika Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosisasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “Anadangəlmə ürək qüsurlarına müasir baxış” mövzulu elmi-praktiki konfrans keçirilib.
Azərbaycanda uşaqların ürək əməliyyatlarının nəticələri müzakirə olunub

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir M.Əliyev/

Respublika Müalicə Diaqnostika Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosisasiyası İctimai Birliyinin təşkilatçılığı ilə "Anadangəlmə ürək qüsurlarına müasir baxış" mövzulu elmi-praktiki konfrans keçirilib.

Trend-in məlumatına görə konfransda bu sahədə olan yeniliklər və bu aspektdə gələcəyə dair fikirlər istiqamətində yerli mütəxəssislərlə qarşılıqlı diskusiya aparılıb. Azərbaycan Ürək və SAğlamlıq Assosiasiyası İctimai Birliyinin sədri, ürək-damar cərrahı Rəşad Mahmudov bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyin təşkilatçılığı ilə 11-18 fevral tarixlərində Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar xəstəlikləri üzrə treninq kursları keçirilir. Onun sözlərinə görə, bu məqsədlə İtaliyanın Milan şəhəri San Donato Mərkəzinin uşaq ürək cərrahı professor Alessandro Giamberti ilə Almaniyanın Hamburq şəhəri Pediatrik Kardiologiya Klinikasının direktoru professor Coxen Vielin dəvət olunub. "Azərbaycanda təhsil alan gənc rezedentlərin tədrisi baxımından böyük əhəmiyyət kəsb edən bu treninqlərin keçirilməsi, avropalı mütəxəssislərin təcrübələrindən yararlanmağa da imkan verəcək. Bu tarixlərdə həmçinin, çox mürəkkəb anadangəlmə ürək qüsurundan əziyyət çəkən 15 körpə uşaq üzərində xarici mütəxəssislərlə birgə cərrahi əməliyyatların icrası nəzərdə tutulub",- o deyib.

Mahmudov həmçinin deyib ki, 40-50-yə yaxın xəstənin müayinələri planlaşdırılır. R.Mahmudovun sözlərinə görə, bu əməliyyatların səkkizi Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçiriləcək.


İtaliyanın Milan şəhəri San Donato Mərkəzinin uşaq ürək cərrahı professor Alessandro Giamberti isə bildirib ki, həyata keçirilən 15 əməliyyatın hamısı uğurla baş tutub. O qeyd edib ki, Azərbaycan uşaq cərrahlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün böyük planlar mövcuddur.


Almaniyanın Hamburq şəhəri Pediatrik Kardiologiya Klinikasının direktoru professor Coxen Vielin isə qeyd edib ki, pediatr olaraq onların əsas məqsədi vaxtında düzgün diaqnozun qoyulmasıdır. O deyib ki, diaqnoz nə qədər tez qoyularsa, uşaqları xilas etmək bir o qədər asan olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti