...

Azərbaycan gəncliyinə dair Dövlət Proqramının icrasının perspektivləri müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2013 11:04 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Gənclər və İdman Nazirliyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının nəticəyə əsaslanan monitorinqi və qiymətləndirmə strukturunun, habelə göstəricilərinin formalaşdırılması” mövzusunda təlim keçiriblər.
Azərbaycan gəncliyinə dair Dövlət Proqramının icrasının perspektivləri müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir M.Əliyev/

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Gənclər və İdman Nazirliyi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının nəticəyə əsaslanan monitorinqi və qiymətləndirmə strukturunun, habelə göstəricilərinin formalaşdırılması" mövzusunda təlim keçiriblər.

Trend-in məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirin açılışında bildirib ki, proqramın əsas fəaliyyəti və məqsədi gənclərin ictimai fəallığının artırılması, normativ aktlatrın hazırlanmasında iştirakı, gənclərin cəmiyyətdə gedən proseslərdə fəal iştirakına şərait yaratmaqdır.

Onun sözlərinə görə, Azərbqaycan gəncliyi müxtəlif beyhnəxalq tədbirlərdə iştirak edərkən öz qabiliyyətini nümayiş etdirir. Babayev gənclərlə bağlı qanunvericiliik bazasının formalaşmasında, gənclərin maraqlarını təmin edən Dövlət Proqramının monitorinqində gənclərin üzərinə böyük iş düşdüyünü vurğulayıb.

BMT İnkişaf Proqramı (UNDP) nümayəndəsi Nato Alhazişvili bildirib ki, beynəlxalq ictimaiyyət Azərbaycanda gənclərlə bağlı Dövlət Proqramının qəbul olmasından məmnundur. O qeyd edib ki, əsas məsələ Dövlət Proqramı çərçivəsində nəticələrin əldə olunmasıdır.

Alhazişvili təlimdə müxtəlif nazirliklərin nümayəndələrin iştirakının önəmli olduğunu vurğulayıb.

"Çünki Dövlət Proqramının icrası üçün tərəflər səylərini birləşdirməlidirlər və bu istiqamətdə bir sıra məsələri razılaşdırmalıdırlar". - o deyib.

Qeyd edək ki, "Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı" layihə çərçivəsində keçirilən təlimin məqsədi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı və müvafiq dövlət siyasəti proqramları üçün daha effektiv monitorinq və qiymətləndirmə sisteminin yaradılması, AGDP-nin monitorinq bacarıqlarının gücləndirilməsi, həmçinin gənclərin inkişafı və milli səviyyədə qəraların qəbulu, icrasında gənclərin iştirakının daha da artırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti