...

Azərbaycanda 500-ə yaxın tələbə təkrar kursda saxlanılıb

Cəmiyyət Materials 20 Fevral 2013 11:55 (UTC +04:00)
Son 20 ildə Azərbaycanda ali və orta ixtisas məktəblərində oxuyan 499 tələbə təkrar kursda saxlanılıb.
Azərbaycanda 500-ə yaxın tələbə təkrar kursda saxlanılıb

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İsabalayeva/

Son 20 ildə Azərbaycanda ali və orta ixtisas məktəblərində oxuyan 499 tələbə təkrar kursda saxlanılıb.

Trend-in "Tələbə-Məzun" Dövlət Elektron Sisteminə istinadən verdiyi məlumata görə, daha cox ali təhsilin bakalavriat səviyyəsi üzrə tələbə kursda saxlanılıb. Ötən müddətdə 381 tələbə bakalavriat, 42 tələbə magistratura, 43 tələbə tam orta təhsil bazasında orta ixtisas pilləsində, 33 tələbə ümumi orta təhsil bazasında orta ixtisas pilləsində təhsil alarkən kursda saxlanılıb.

Ötən müddətdə dövlət və özəl ali məktəblərinin coxunda demək olar ki, təkrar kursda saxlanılan tələbə olmayıb. Bəzi məktəblərdə isə belə tələbələrin sayı cox azdır.

Azərbaycanda ən cox tələbəni təkrar kursda saxlayan ali məktəb Qafqaz Universitetidir. Bu məktəbdə 158 tələbə təkrar kursda saxlanılıb. Ötən müddətdə Bakı Qızlar Universitetində 42, Naxçıvan Özəl Universitetində 22 tələbə təkrar kursda saxlanılıb.

Bu müddətdə Azərbaycan Dövlət İqtisad Universitetində 32, Azərbaycan Tibb Universitetində 29, Azərbaycan Dövlət Pedaqoji Universitetində 25, Azərbaycan Memarlıq və İnşaat Universitetində 24, Azərbaycan Texnologiya Universitetində 20, azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında 12, Azərbaycan Dillər Universitetində 6, Bakı Dövlət Universitetində 1 tələbənin təkrar kursda saxlanılmasına qərar verilib.

Azərbaycan Dövlət Neft Akademiyasında, Azərbaycan Texniki Universitetində, Bakı Slavyan Universitetində, azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, azərbaycan Nüəllimlər İnstitutun Qazax, Gəncə, Quba, Mingəcevir, Salyan, Şamaxı, Zaqatala filiallarında, Azərbaycan Dəniz Akademiyasında, Azərbaycan Turizm institutunda, azərbaycan Diplomatik Akademiyasında təkrar kursda saxlanılan tələbə olmayıb.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ölkə Prezidentinin fərmanı ilə yaradılan "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sistemi ötən il martın 28-də istifadəyə verilib. Qeyd edilən statistik məlumatlar sistemə təhsil müəssisələri tərəfindən ötən il martın 28-dən bu il yanvarın 14-ə qədər daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti