...

Cəzaçəkmə müəssisəsinə "Şəki halvası"nın qutusunda mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb

Cəmiyyət Materials 27 Fevral 2013 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Penitensiar Xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Baba Elxan oğlu Şabanova göndərilən banderola baxış keçirilən zaman kustar üsulla hazırlanmış "Şəki halvası"nın qutusunun içərisində gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı, 1 ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısı və 2 ədəd mobil telefon üçün batareya aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti