...

ATƏT-in Bakı ofisi Ədliyyə Nazirliyi ilə əməkdaşlığa dair yeni təkliflər irəli sürüb

Cəmiyyət Materials 4 Mart 2013 14:35 (UTC +04:00)
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb.
ATƏT-in Bakı ofisi Ədliyyə Nazirliyi ilə əməkdaşlığa dair yeni təkliflər irəli sürüb

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, müasir məhkəmə binalarının inşası, hakimlərin sayının artırılması, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi barədə məlumat vermiş,habelə ədliyyə və penitensiar sistemin inkişafından,məhkumlara göstərilən tibbi xidmətin yaxşılaşdırılmasından, səmərəli ictimai nəzarətin tətbiqindən danışaraq ATƏT-lə səmərəli qarşılıqlı fəaliyyəti qeyd edib.

ATƏT-in ölkəmizlə sıx əməkdaşlıq etdiyini bildirən səfir Koray Tarqay qısa zamanda məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatları, o cümlədən dövlətimizin bu sahəyə maliyyə ayırmalarının yüksək olmasını, infrastrukturun müasirləşdirilməsini, ən son İKT-lərin tətbiqini, habelə məhkumların hüquqlarının genişləndirilməsini və Avropa standartlarına uyğun müasir penitensiar müəssisələrin yaradılmasını təqdir edib.

Söhbət zamanı Azərbaycanın müstəqillik illərində dinamik inkişaf yolu keçdiyi və davamlı iqtisadi dirçəlişi vurğulanaraq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi qeyd olunub.

Tarqay Azərbaycanın ədliyyə və məhkəmə sahəsindəki nailiyyətlərinin beynəlxalq aləmdə geniş təbliğ olunmasının əhəmiyyətini bildirib, Ədliyyə Nazirliyi ilə səmərəli və işgüzar münasibətlərdən məmnunluğunu ifadə edərək qarşılıqlı fəaliyyətə dair konkret təkliflər irəli sürüb.

Görüşdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimlərin və ədliyyə işçilərinin tədrisi, inzibati ədliyyənin inkişafı və digər sahələrdə əməkdaşlığın prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti