...

Azərbaycanda mülki müdafiə üzrə beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 7 Mart 2013 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/

Qəbələ şəhərində "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Trend Fövqəladə Hallar Nazirlyinin rəsmi məlumatına əsasən xəbər verir ki, martın 12-13-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransda Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv və təşkilatlarla əməkdaşlıq edən bir sıra dövlətlərin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərlərinin iştirakı gözlənilir.

Konfransın əsas müzakirə mövzusu mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili və digər məsələlər olacaq.

Həmçinin, konfrans çərçivəsində Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələrinin cəlb olunması ilə taktiki xüsusi təlimin keçirilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti