...

Ədliyyə Nazirliyi yeni qeydiyyata alınmış QHT-lərə təsis sənədlərini təqdim edib

Cəmiyyət Materials 12 Mart 2013 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının təsisçiləri ilə görüş keçirilib, son dövrlər ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, işin səmərəliliyinin daha da artırılması, vətəndaş cəmiyyəti institutlarından olan qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün geniş imkanların yaradılması vurğulanıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, görülmüş işlərin nəticəsi olaraq, ölkəmizdə dövlət qeydiyyatına alınmış 3800-dən artıq qeyri-kommersiya hüquqi şəxslərdən 2800-dən çoxunu qeyri-hökumət təşkilatları təşkil edir.

Bu qurumlarla qarşılıqlı fəaliyyətin genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin strukturunda Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin yaradılması, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində "Qeyri-kommersiya hüquqi şəxslər" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin formalaşdırılaraq istifadəyə verilməsi diqqətə çatdırılmış, QHT-lərin fəaliyyətinin asanlaşdırılması üçün elektron xidmətlərin tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi barədə məlumat verilmiş, ədliyyə fəaliyyətinin bir sıra sahələri üzrə QHT-lərlə əməkdaşlıq məsələlərinə toxunulmuşdur.

Sonda yeni dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarına müvafiq şəhadətnamələr və təsis sənədləri təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti