Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İzzət/
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalı 2015-ci ilədək istifadəyə veriləcək. Trend xəbər verir ki, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyev bildirib.
"Sərhəd Qoşunlarında səhiyyə sisteminin yaxşılaşdırılması ilə bağlı çox ciddi işlər gedir. Yeni hərbi hospitalın tikilməsi işləri davam etməkdədir. Bütün sahələrdə yeni müstəvidə inkişaf təmin edilir və işlər XXI əsrin tələblərinə uyğun olaraq qurulur", - Quliyev qeyd edib.