...

Ətraf qəsəbələri Bakı ilə birləşdirən yolun tikintisi başa çatmaq üzrədir (FOTO)

Cəmiyyət Materials 15 Mart 2013 10:17 (UTC +04:00)
Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birbaşa birləşdirən Zabrat-Maştağa-Buzovna avtomobil yolunun yenidənqurulması işləri davam etdirilir.
Ətraf qəsəbələri Bakı ilə birləşdirən yolun tikintisi başa çatmaq üzrədir (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.Mehdiyev/

Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birbaşa birləşdirən Zabrat-Maştağa-Buzovna avtomobil yolunun yenidənqurulması işləri davam etdirilir.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, yolun Zabrat dairəsindən Maştağaya qədər olan hissəsnin uzunluğu 5.2 km olmaqla 6 zolaqlıdır.

Onun sözlərinə görə, 5.2 km məsafədə 3 qat asfalt beton örtüyü döşənilib, yol nişanları qoyulub, xətlənmə işləri həyata keçirilib, hazırda işıq dirəklərinin quraşdırılması həyata keçirilir.

Mürsəliyev qeyd edib ki, yolun davamı olaraq Maştağadan Buzovnaya qədər olan 9 km hissədə işlər davam etdirilir.

Onun sözlərinə görə, 4 zolaqlı olan yolun təqribən 1 km-ə yaxın hissəsində asfalt-örtük işləri həyata keçirilib, hazırda işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti