Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/
Ötən il Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən 78 min 480 nikah aktı qeydə alınıb. Trend xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov idarədə keçirilən mətbuat konfransında bildirib.
Qeydə alınan nikahların 1932-i qarışıq, yəni xarıcı vətəndaşlarla olub. Azərbaycan vətəndaşları əsasən Türkiyə və İran kimi ölkələrin vətəndaşları ilə ailə qurublar.
Onun sözlərinə görə, hesabat dövründə 11 min 182 nikah pozuntusu qeydə alınıb.
"Adətən boşanmalar ümumi nikahların 10-12 faizi arası təşkil edir. Boşanmalar müxtəlif illərdə bir az çox və ya az olsa da, demək olar ki, stabil qalır", Məmmədov qeyd edib.
Ötən il ölkədə doğumun sayı 5 faiz azalsa da, əhalinin sayı ümumilikdə artıb.
Azərbaycan vətəndaşları əsasən hansı ölkələrin vətəndaşları ilə ailə qururlar?