...

"Medical Park Qaziantep Xəstəxanası" ən müasir tələblərə cavab verən xidmətlər təklif edir

Cəmiyyət Materials 15 Mart 2013 14:05 (UTC +04:00)
"Medical Park Qaziantep Xəstəxanası"nın təkmilləşdirilmiş tibbi cihazlarla təchiz edilmiş, ikisi ürək-damar cərrahiyyəsi və üçü bütün cərrahi müdaxilələr üçün istifadə edilən beş əməliyyatxanası var.
"Medical Park Qaziantep Xəstəxanası" ən müasir tələblərə cavab verən xidmətlər təklif edir

"Medical Park Qaziantep Xəstəxanası"nın təkmilləşdirilmiş tibbi cihazlarla təchiz edilmiş, ikisi ürək-damar cərrahiyyəsi və üçü bütün cərrahi müdaxilələr üçün istifadə edilən beş əməliyyatxanası var.

Əməliyyatxanalarda, təkmilləşdirilmiş texnologiya cihazları olan; Laminer Flow ilə Hepa filtrli steril ventilyasiya sistemindən istifadə edilir. "Medical Park Qaziantep Xəstəxanası"nda, bütün onkolojik əməliyyatlar da həyata keçirilir. Xəstəxanada, təcili doğumlar üçün 24 saat xidmət edən doğumxana ilə ürək damar xəstəlikləri, ritm pozuqluqları, konjenital ürək xəstəlikləri və romatizmal ürək qapaq xəstəliklərinin diaqnoz və müalicəsində, təcili anjiyografiya, ürək kateterizasiyası, elektrofizyolojik çalışma (EPS) və ablasiya əməliyyatlarının edildiyi Digital Anjiyografiya Modulu da yerləşir.

"Medical Park Qaziantep Xəstəxanası"nda beynəlxalq standartlarda xidmət etməyə başlayan Onkoloji Mərkəzində; onkolojik cərrahiyyə, medikal onkoloji, şüa onkolojisi və onkolojik reabilitasiya sahələrində əməkdaşlıq edən təcrübəli qrupların fəaliyyət göstərdiyi bir müalicə yanaşması tətbiq olunmaqdadır. Xərçəng Diaqnoz və Müalicə Mərkəzinin; ağciyər, prostat, qalın bağırsaq, mədə, pankreas, məmə, serviks, over kimi xərçəng növləri başda olmaq üzrə, bütün xərçəng növlərinin diaqnoz və müalicələrində, bölgənin və Orta şərq ölkələrinin istinad mərkəzi olması planlaşdırılır.

Ünvan:Nigar Rəfibəyli 12/14 AZ 1001 Bakı, Azərbaycan
Tel:012 497 54 00
Mob: 055 221 90 28; 055 221 90 29

Məqalədə:
Xəbər lenti

Xəbər lenti