...

Bu il hazır şəkərbura, paxlava məhsullarına tələbat daha çoxdur (FOTO)

Cəmiyyət Materials 18 Mart 2013 12:29 (UTC +04:00)
Şirniyyat sevənlərin bayramı Novruz artıq son çərşəbnəsi ilə qapımızı döyür. Bu günlərdə hər kəs şəkərbura, badambura, paxlava, qoğal ziyafəti yaşayır.
Bu il hazır şəkərbura, paxlava məhsullarına tələbat daha çoxdur (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Şirniyyat sevənlərin bayramı Novruz artıq son çərşəbnəsi ilə qapımızı döyür. Bu günlərdə hər kəs şəkərbura, badambura, paxlava, qoğal ziyafəti yaşayır. Adı çəkilən milli şirniyyatlarsız nə son çərşənbəni, nə də bayramı təsəvvür etmək mümkündür.

Azərbaycanda bu şirniyyatları ən çox istehsal edən "Çudo Peçka" mağaza-kafelər şəbəkəsi də əhalinin şəkərbura-paxlavaya olan ehtiyacını tam ödəmək üçün əlindən gələni edir. Şirkətin şirniyyat sexləri son iki həftədir ki, gücləndirilmiş iş rejimi ilə çalışır. Müəssisədən verilən məlumata görə, "Çudo Peçka" bu il ötən illərlə müqayisədə daha çox şəkərbura, paxlava, qoğal kimi məhsullar istehsal edir. Çünki, bu il Novruz şirniyyatlarına tələbat artıb. Şirkətdən bunun iki səbəbinin olduğunu bildirirlər: 1) evində şirniyyat bişirənlərin sayı get-gedə azalır, 2) "Çudo Peçka" markasına, onun istehsal etdiyi şirniyyatlara rəğbət artır.

Bu gündən etibarən "Çudo Peçka"nın müştərilərinə xoş bir sürprizi olacaq. Mağaza-kafelərin çörək və un məmulatları şöbələrində "Bahar Bərəkəti" adı altında endirimlər edilib. Bu endirimlər kampaniya deyil, yəni, müvəqqəti xarakter daşımır.

Görünən odur ki, şəhər həyatı insanların vərdişlərini dəyişir. Amma milli ənənələrdən doğan tələbatlara isə o qədər də təsir etmir. Yəni, insanlar evlərində şəkərbura, badambura, paxlava, qoğal kimi Novruz bayramına xas məhsulları bişirməsələr də o məhsulları "Çudo Peçka" kimi mağazalardan alaraq bayramı evlərində əvvəlki kimi yaşayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti