...

Yaşıllıqların suvarılması üçün quraşdırılmış damcılı suvarma sistemləri istismara verilib (FOTO)

Cəmiyyət Materials 29 Mart 2013 00:11 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2010-2013-cü illəri əhatə edən Respublikanın əsas magistral avtomobil yollarının yaşıllaşdırılmasına dair layihələr çərçivəsində tikilib quraşdırılmış qurğular (müasir tələblərə cavab verən damcılı suvarma sistemləri, dəmir-beton su anbarları, təmizləyici qurğular) bu gündən mövsümə uyğun olaraq əsaslı rejimdə fəaliyyətə başlayıb.
Yaşıllıqların suvarılması üçün quraşdırılmış damcılı suvarma sistemləri istismara verilib (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2010-2013-cü illəri əhatə edən respublikanın əsas magistral avtomobil yollarının yaşıllaşdırılmasına dair layihələr çərçivəsində tikilib quraşdırılmış qurğular (müasir tələblərə cavab verən damcılı suvarma sistemləri, dəmir-beton su anbarları, təmizləyici qurğular) bu gündən mövsümə uyğun olaraq əsaslı rejimdə fəaliyyətə başlayıb.

Salınmış yaşıllıqların fasiləsiz olaraq suvarma suyu ilə təmin olunması üçün quraşdırılmış, dünya standartlarına cavab verən damcılı suvarma sistemləri və Kür çayında tullantı suları təmizləyən, şoran suları duzsuzlaşdıran qurğular ilkin sınaq və yuyulma mərhələlərindən keçirilərək istismara verilib.

Ümumilikdə, bu qurğuların istifadəyə verilməsi ilə yaşıllaşdırma layihələri çərçivəsində 1835 hektar ərazidə 2131 min ədəd ağacın müasir texnologiyaya uyğun daimi suvarılması mümkün olacaq.

Qeyd edək ki, layihələr üzrə 5 su təmizləyici qurğu, o cümlədən Kür çayında tullantı suları təmizləyən və şoran suları duzsuzlaşdıran avadanlıqlar, 5000 km-ə qədər damcılı suvarma boruları, dəmir betondan 6 su anbarı, nasos stansiyaları və elektrik təsərrüfatı obyektləri quraşdırılıb.

Suvarma sisteminin əsas boru xətti 264,5 km, o cümlədən ana boru xətti 181 km təşkil edir. Bütün işlərin görülməsi üçün layihə üzrə nəzərdə tutulan 20 milyon 145 min manat vəsaitdən 2012-ci ilin sonuna 10 milyon 760 min manat vəsait ayrılmışdır. İşlər başa çatdırıldıqdan sonra 2013-cü ilin investisiya portfelində bu layihənin icrası üçün ayrılmış 9381,4 min manat vəsaitin büdcəyə geri qaytarılması üçün ETSN Nazirlər Kabinetinə məktubla müraciət etmişdir.

Hazırda ərazidə görülən işlərin, mühəndis su təmizləmə, nəqletmə və suvarma sistemlərinə və əkilən ağaclara adi vizual baxış belə görülən işin həcmi barədə aydın təsəvvür yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti